Ucnoqta.az
www.ucnoqta.az

Lissabonda funikulyorda baş verən qəzada ölənlərin sayı artıb

10:39 - 4 Sentyabr 2025 tarixində dərc olunub.

Lissabonda Elevador da Qloriya funikulyorunun relsdən çıxması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı “Jornal de Noticias” qəzeti polisdəki mənbəyə istinadən məlumat yayıb.

Beşdən çox zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir. Daha əvvəl, insident nəticəsində azı 15 nəfər həlak olduğu deyilirdi.

Müəllif: Ucnoqta.az redaksiyası