Ucnoqta.az
www.ucnoqta.az

Bakıda telefon oğruları tutulub

16:24 - 1 Sentyabr 2025 tarixində dərc olunub.

Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus 5 mobil telefon və içərisində bank kartları olan pul kisəsi oğurlanıb. 

Ucnoqta.az xəbər verir ki, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 48 yaşlı V.Kərimov, 55 yaşlı Q.Məmmədov, 37 yaşlı İ.Quliyev və 40 yaşlı T.Həsənov saxlanılıblar.

Araşdırmalar aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası