Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ oldu

14:26 - 31 İyul 2025 tarixində dərc olunub.

Azərbaycanın cənubunda zəlzələ olub.

Bu barədə Ucnoqta.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ Lənkəran və Lerik rayonlarının sərhədində qeydə alınıb.

Bildirilib ki, yeraltı təkan yerli vaxtla 14:03-də baş verib.

3.5 maqnitudalı zəlzələnin dərinliyi 33 km-dir.

Müəllif: Ucnoqta.az redaksiyası