Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın FIFA referisi növbəti təyinat alıb

13:48 - 18 İyul 2025 tarixində dərc olunub.

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Ucnoqta.az xəbər verir ki, referi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Ludoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. İtaliyalı Canluka Aureliano VAR, digər FIFA referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası