Ucnoqta.az
www.ucnoqta.az

Qəzzada son 24 saatda 61 nəfər həlak olub

07:47 - 16 İyul 2025 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr zamanı son 24 saat ərzində 60-dan çox fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Kanal qeyd edir ki, İsrailin Qəzzaya hücumları zamanı azı 61 nəfər həlak olub. Anklavın şimalındakı Şati qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində 23 nəfər ölüb, onlarla insan yaralanıb.

ABŞ-ın idarə etdiyi Qəzza Humanitar Fonduna (GHF) aid zolağın cənubunda Rafahda yerləşən yardım paylama məntəqəsinə hücum zamanı daha 2 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası