Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir - VİDEO

11:32 - 9 İyul 2025 tarixində dərc olunub.

Ölkəmizdə Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimin açılış mərasimində Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayaraq keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.

Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.

Qeyd edək ki, birgə təlim iyulun 10-dək davam edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası