Ucnoqta.az
www.ucnoqta.az

20 cinayətin üstü açılıb: 10 nəfər saxlanılıb

09:50 - 3 İyul 2025 tarixində dərc olunub.

İyulun 2-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Axtarışda olduğuna görə ümumilikdə 15, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası