Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda qohum evliliyi qadağası qüvvəyə mindi

08:11 - 1 İyul 2025 tarixində dərc olunub.

Bu gündən Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırıldı.

Ucnoqta.az xəbər verir ki, bu, Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İyulun 1-dən Azərbaycanda qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlarının, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızının, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan olunur.

Müəllif: Ucnoqta.az redaksiyası