Ucnoqta.az
www.ucnoqta.az

“Mançester Siti” "pley-off"da“Əl-Hilal”a uduzdu

08:04 - 1 İyul 2025 tarixində dərc olunub.

“Mançester Siti” klublararası dünya çempionatının pley-off mərhələsində “Əl-Hilal”a uduzub

Ucnoqta.az xəbər verir ki, Futbol üzrə Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu İngiltərənin “Mançester Siti” klubunu əlavə vaxtda 4:3 hesabı ilə məğlub edib. Qarşılaşma Orlandoda (Florida, ABŞ) baş tutub.

Qaliblər qolları Markos Leonardo (46, 112-ci dəqiqə), Malkom (52), Kalidu Koulibali (94), şəhərlilərdən isə Bernardo Silva (9), Erlinq Haaland (55) və Fil Foden (104) vurub.

“Əl-Hilal”ın 1/4 finaldakı rəqibi daha əvvəl İtaliya “İnter”ini turnirdən kənarlaşdıran Braziliyanın “Fluminense” klubu olacaq. 1/4 final oyunu iyulun 4-də baş tutacaq.

Müəllif: Ucnoqta.az redaksiyası