Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını aldığını bildirib.
Ucnoqta.az xəbər verir ki, o, İstintaq Komitəsinin bəyanatını dərc edərək Telegram kanalında yazıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx ruhanilərin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün həyata keçirdiyi irimiqyaslı və bədnam planın qarşısını aldılar”, – Paşinyan qeyd edib.
Hazırda təhlükəsizlik qüvvələri müxalifətin “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın evində axtarış aparır. O və tərəfdarları hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlamaqda ittiham olunur.