Ucnoqta.az
www.ucnoqta.az

Qadın futbolçularımız FIFA reytinqində irəlilədi

13:11 - 12 İyun 2025 tarixində dərc olunub.

FIFA qadın futbolçulardan ibarət milli komandaların reytinq cədvəlini yeniləyib.

Ucnoqta.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının da dünya reytinqindəki yeni mövqeyi bəlli olub.

Ötən siyahı ilə müqayisədə bir pillə irəliləyən yığmamız (1303.32 xal) 74-cü sıraya yüksəlib.

Qeyd edək ki, reytinq cədvəlinə ABŞ seçməsi (2057,19) başçılıq edir.

Müəllif: Ucnoqta.az redaksiyası