Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev Macarıstana getdi

13:56 - 20 May 2025 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Budapeştə işgüzar səfərə gəlib. 

Ucnoqta.az xəbər verir ki, Ferents List adına Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşıladılar.

Müəllif: Ucnoqta.az redaksiyası