Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - VİDEO

15:36 - 24 Yanvar 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilib.

Müəllif: Ucnoqta.az redaksiyası