Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan parlamenti fevralda Aİ-yə üzvlük haqqında qanun layihəsinə baxacaq

11:14 - 24 Yanvar 2025 tarixində dərc olunub.

 Ermənistan parlamenti fevralın 11-dən 14-dək keçiriləcək parlamentin növbəti iclasında Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinə baxacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a parlament spikerinin mətbuat katibi Movses Arutyunyan məlumat verib.

“Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsi çox güman ki, parlamentin 11-14 fevral sessiyası zamanı gündəliyinə daxil ediləcək" - Arutyunyan deyib.

Müəllif: Ucnoqta.az redaksiyası