Ucnoqta.az
www.ucnoqta.az

Nohur göldə batan şəxsin meyiti tapıldı

10:32 - 24 Yanvar 2025 tarixində dərc olunub.

Ötən gün Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində Nohur gölündə batan 1985-ci il təvəllüdlü Qəribov İlham İslam oğlunun meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası