Ucnoqta.az
www.ucnoqta.az

Qadın sürücü BMW ilə piyadanı vurdu

10:53 - 14 Yanvar 2025 tarixində dərc olunub.

Abşeronda piyada ölümü ilə nəticələnən avtoqəza olub.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, Xırdalan şəhərində Əfsanə Hidayətzadə idarə etdiyi BMW markalı avtomobillə piyada - 1974-cü il təvəllüdlü Məlahət Məhərrəmovanı vurub.

Piyada aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası