Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan Azərbaycana təkliflər paketi göndərib

11:42 - 5 Noyabr 2024 tarixində dərc olunub.

Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketi göndərib.

Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə respublikanın xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan məlumat verib.

“Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfdən cavab gözləyirik”, - o qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası