Ucnoqta.az
www.ucnoqta.az

Meksika körfəzində qasırğa zəifləyib

12:31 - 8 Oktyabr 2024 tarixində dərc olunub.

“Milton” qasırğası Meksika körfəzinin cənubunda Saffir-Simpson şkalası üzrə 4-cü kateqoriyaya qədər zəifləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Hazırda qasırğa Proqreso şəhərindən təxminən 105 km şimal-şərqdə yerləşir və 15 km/saat sürətlə şərqə doğru irəliləyir.

Onun hüdudları daxilində küləyin maksimal sürəti 69 m/s-ə çatır.

Müəllif: Ucnoqta.az redaksiyası