Ucnoqta.az
www.ucnoqta.az

Meymunçiçəyi xəstəliyinə qarşı ilk vaksinasiya başlayır - Afrikada

20:58 - 5 Oktyabr 2024 tarixində dərc olunub.

Konqo Demokratik Respublikasında meymun xəstəliyinə səbəb olan mpox virusuna qarşı ilk peyvənd kampaniyasına başlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu ölkədəki ofisi öz X səhifəsində məlumat yayıb.

Bildirilir ki, Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi ölkəni bürüyən epidemiyanın dayandırılması üçün Şimali Kivu əyalətinin Qoma şəhərində tərəfdaşlarının, o cümlədən Konqo DR-də ÜST-nin dəstəyi ilə mpox virusuna qarşı ilk peyvənd etməyə başlayır.

Müəllif: Ucnoqta.az redaksiyası