Ucnoqta.az
www.ucnoqta.az

Neftin qiyməti 80 dollara yaxınlaşır

21:27 - 4 Oktyabr 2024 tarixində dərc olunub.

Brent markalı neftin qiyməti avqustun 29-dan bəri ilk dəfə 79 dolları ötüb

Ucnoqta.az ticarət məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti avqustun 29-dan bəri ilk dəfə bir barel üçün 79 dolları ötüb.
Brent fyuçersləri 79,12 dollara (+1,93%) ticarət edilib.
Eyni zamanda, WTI markalı xam neftin noyabr ayı üçün fyuçersləri 2,27% artaraq bir barel üçün 75,38 dollar olub.

Müəllif: Ucnoqta.az redaksiyası