Ucnoqta.az
www.ucnoqta.az

“İstisu” bu ölkəyə ixrac olunacaq 

15:42 - 4 Oktyabr 2024 tarixində dərc olunub.

Azərbaycanın azad edilmiş ərazilərində istehsal edilən ilk məhsul olan “İstisu”nun Belarusda təqdimatı olub. 

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, təqdimatda Azərbaycanın Baş naziri Əli Əsədov, Belarus Respublikasının Baş naziri Roman Qolovçenko iştirak edib. 

Azərbaycan və Belarusun müvafiq şirkətləri arasında Kəlbəcərdə zavodda qablaşdırılan “İstisu”nun bu ölkəyə ixracı ilə əlaqədar niyyət protokolu imzalanıb.  

Müəllif: Ucnoqta.az redaksiyası