Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 20 yaşlı fəhlə faciəli şəkildə ölüb

13:57 - 17 Sentyabr 2024 tarixində dərc olunub.

Sumqayıt şəhərində 20 yaşlı fəhlə iş zamanı yüksəklikdən yıxılaraq ölüb.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən tikintilərdən birində qeydə alınıb.

2004-cü il təvəllüdlü Səfəralı Faiq oğlu Səfərov iş zamanı yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası