Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Yəməndə husilərin raket sistemini məhv edib

00:09 - 16 Sentyabr 2024 tarixində dərc olunub.

ABŞ ordusu Yəmənə yeni hücum edərək, Ənsar Allah üsyançı hərəkatının husilərin raket sistemini hədəfə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə X-də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.

Komandanlığın sözlərinə görə, raket sistemi ABŞ qüvvələri, koalisiya və regiondakı ticarət gəmiləri üçün birbaşa təhlükə yaradırdı.

Müəllif: Ucnoqta.az redaksiyası