Ucnoqta.az
www.ucnoqta.az

Polşada daşqınlara görə təbii fəlakət elan edilib

21:03 - 15 Sentyabr 2024 tarixində dərc olunub.

Polşanın baş naziri Donald Tusk ölkənin cənubunda baş verən irimiqyaslı daşqınlar səbəbindən təbii fəlakət elan etmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Polşanın baş naziri X-də yazıb.

Polşanın cənub və cənub-qərbində yerləşən Sileziya və Aşağı Sileziya voyevodalıqlarında güclü yağışlar nəticəsində Nisa çayının (Oder çayının sol qolu) daşması səbəbindən irimiqyaslı daşqınlar baş verib.
Daşqınlar 1997-ci ildən bəri ən pis daşqın kimi təsvir edilir.

Müəllif: Ucnoqta.az redaksiyası