Ucnoqta.az
www.ucnoqta.az

Finlandiyadan Ukraynaya 118 milyon avro dəyərində hərbi yardım

13:08 - 13 Sentyabr 2024 tarixində dərc olunub.

Finlandiya Ukraynaya təqribən 118 milyon avro dəyərində 25-ci hərbi yardım paketi təqdim edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi yardımın ümumi məbləği təxminən 2,3 milyard avro təşkil edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası