Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-ın neft ehtiyatları həftə ərzində azalıb

18:57 - 11 Sentyabr 2024 tarixində dərc olunub.

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 0,8 milyon barel azalaraq sentyabrın 6-na 419,1 milyon barel təşkil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb. Nazirlik, inventar səviyyələrinin ilin bu dövrü üçün beş illik orta göstəricidən 4% aşağı olduğunu açıqlayıb.

 Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçersləri 0,66% azalaraq 69,25 dollar/barelə, WTI markalı neftin oktyabr fyuçerslərinin dəyəri isə 0,39% azalaraq 65,91 dollar/barelə enib.

Müəllif: Ucnoqta.az redaksiyası