Ucnoqta.az
www.ucnoqta.az

Moldovada NATO-nun təlimləri başlayıb

13:00 - 5 Avqust 2024 tarixində dərc olunub.

Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə “Atəş Qalxanı - 2024” hərbi təlimləri başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin saytında məlumat yerləşdirilib.

Məlumata görə, təlimdə məqsəd milli ordunun hərbi-texniki hissələrinin və artilleriya sistemlərinin təlimə cəlb olunması, onların əməliyyat imkanlarının inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasıdır.
 

Müəllif: Ucnoqta.az redaksiyası