Ucnoqta.az
www.ucnoqta.az

Dənizdə batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edildi - Video

18:56 - 2 Avqust 2024 tarixində dərc olunub.

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində xidmət aparan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dənizdə nəzarətsiz ərazidə 1 nəfər vətəndaşın çimərkən batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2003-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlu xilas edilərək həkim briqadasına təhvil verilib.

Müəllif: Ucnoqta.az redaksiyası