Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Silahlı qüvvələrini Ermənistana göndərməyə hazırdır - MN

00:17 - 27 May 2024 tarixində dərc olunub.

Ermənistanda baş vermiş daşqınla əlaqədar daşqın və selin nəticələrinin aradan qaldırılmasına köməklik göstərməyə hazırıq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, Ermənistan xahiş edərsə, Rusiya Silahlı Qüvvələrinin qüvvə və vasitələri dərhal su basmış ərazilərə göndəriləcək. Bununla bağlı 102-ci Rusiya hərbi bazasının komandanlığına müvafiq göstərişlər verilib.

Müəllif: Ucnoqta.az redaksiyası