Ucnoqta.az
www.ucnoqta.az

Bakıda tozun miqdarı normanı ötdü

12:12 - 26 May 2024 tarixində dərc olunub.

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən Bakıda və Abşeron yarımadasının atmosfer havasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, hazırda havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.

Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası