Ucnoqta.az
www.ucnoqta.az

Nigardan Dilarə və Samirə davasına reaksiya! - FOTO

18:46 - 24 May 2024 tarixində dərc olunub.

“Avroviziya” təmsilçilərimiz Dilarə Kazımova və Samirə Əfəndi arasındakı qalmaqala daha bir reaksiya gəlib.

Ucnoqta.az Olay-a istinadən xəbər verir ki, bu dəfə yarışmanın qalibi Nigar Camal sosial media hesabında bununla bağlı üstüörtülü paylaşım edib.

O, izləyicilərinə “Sizcə, canavar haqlıdır (Dilarənin “Maska”dakı obrazı – red.), yoxsa quzu (Samirəni nəzərdə tutur – red.)” sualını verib.

Qeyd edək ki, Samirə və Dilarə arasında qalmaqal Nura Surinin yeni klipinin çəkilişi zamanı yaranıb. Kazımovanın Əfəndi haqda işlətdiyi ifadə tərəflər arasında gərginlik yaradıb.

Müəllif: Ucnoqta.az redaksiyası