Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qadın avtobusdan yıxılaraq öldü

08:52 - 22 May 2024 tarixində dərc olunub.

Bakıda qadın avtobusdan yıxılaraq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Sarvan Məhərrəmovun idarə etdiyi "Daewoo" markalı avtobusda 1964-cü il təvəllüdlü Tamella Cəfərova nəqliyyat vasitəsinin ön giriş qapısından təkərin altına düşüb.

Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.///apa

Müəllif: Ucnoqta.az redaksiyası