Ucnoqta.az
www.ucnoqta.az

Yasamalda 23 yaşlı qızı avtomobil vurub

09:44 - 21 Aprel 2024 tarixində dərc olunub.

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, "İnşaatçılar" metrostansiyasının yanında avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Allahverdiyeva Aynur İbad qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası