Ucnoqta.az
www.ucnoqta.az

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

11:58 - 19 Aprel 2024 tarixində dərc olunub.

Artan sərnişin tələbatı nəzərə alınaraq, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, əlavə təyin edilən qatarlar aprelin 20-də saat 09:15-də Bakıdan- Ağstafaya, aprelin 21-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

Müəllif: Ucnoqta.az redaksiyası