Ucnoqta.az
www.ucnoqta.az

“Semka” ləqəbli "TikTok"er saxlanıldı

16:22 - 16 Aprel 2024 tarixində dərc olunub.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, tədbirlərlə 1994-cü il təvəllüdlü, “Semka” ləqəbi ilə tanınan Samir Ramazanov saxlanılıb.

Müvafiq qərarla S.Ramazanov 30 sutka inzibati qaydada həbs edilib.

Müəllif: Ucnoqta.az redaksiyası