Ucnoqta.az
www.ucnoqta.az

Məktəbdə insident - Sinif yoldaşını yaraladı

14:28 - 16 Aprel 2024 tarixində dərc olunub.

Gəncədə şagirdlər arasında dava olub.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Ucnoqta.az-a bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib.

"Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər", - açıqlamada deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası