Ucnoqta.az
www.ucnoqta.az

Şərurda qəza olub, sürücü yaralanıb

11:47 - 13 Aprel 2024 tarixində dərc olunub.

Naxcivan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi baş verib.

Apa xəbər verir ki, hadisə Şərur rayon Püsyan kənd ərazisində qeydə alınıb. Belə ki, 68-BC-470 dövlət nömrə nişanlı "VAZ 21011" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası