Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə avtomat və qumbaralar tapılıb

10:07 - 11 Aprel 2024 tarixində dərc olunub.

Xankəndi şəhərində avtomat və qumbaralar tapılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 10-da Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 3 tüfəng, 4 qumbara, 4 alışdırıcı, 15 patron darağı, 860 ədəd müxtəlif çaplı patron, 7 süngü bıçaq, 3 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası