Ucnoqta.az
www.ucnoqta.az

Daşkəsəndə 2 mərtəbəli ev yanıb

09:21 - 11 Aprel 2024 tarixində dərc olunub.

Daşkəsən rayonunun Daşkəsən qəsəbəsində yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 114 m² (hər mərtəbəsi 57 m²) olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası