Ucnoqta.az
www.ucnoqta.az

Bakıda güclü külək 20 ağacı sındırıb

15:51 - 4 Aprel 2024 tarixində dərc olunub.

Bakıda güclü külək səbəbindən 20 ağac sınıb.

Bu barədə Ucnoqta.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd edilib ki, külək nəticəsində 30-dan çox ağacın budaqları qırılıb:

"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib".

Müəllif: Ucnoqta.az redaksiyası