Ucnoqta.az
www.ucnoqta.az

Kəlbəcərdə yük maşını aşıb, sürücü ölüb

17:31 - 2 Mart 2024 tarixində dərc olunub.

Kəlbəcərdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Nadirxanlı kəndində qeydə alınıb.

Sabirabad rayonu sakini, 2000-ci il təvəllüdlü Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili hərəkətdə olan zaman aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası