Ucnoqta.az
www.ucnoqta.az

Yasamalda rabitə kabeli oğurlayanlar saxlanılıb

11:25 - 2 Mart 2024 tarixində dərc olunub.

Paytaxt ərazisində yerləşən rabitə quyularından birindən 3200 manat dəyərində kommunikasiya kabelinin oğurlanması barədə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Vüsal Fidayev, Ramil İsmayılov və Şəmsəddin Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Onların ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.

Müəllif: Ucnoqta.az redaksiyası