Ucnoqta.az
www.ucnoqta.az

Ceyhun Bayramov Annalena Berbokla görüşüb - FOTO

16:59 - 28 Fevral 2024 tarixində dərc olunub.

Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Paylaşımda bBildirilib ki, nazirlər ölkələr arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ucnoqta.az redaksiyası