Ucnoqta.az
www.ucnoqta.az

192 mindən çox şəxsə pensiya və müavinət ödənilib

10:47 - 26 Fevral 2024 tarixində dərc olunub.

2024-cü ilin yanvar ayında ailə başçısını itirməyə görə 192 mindən çox şəxsə pensiya və müavinət ödənilib.

Bu barədə Ucnoqta.az-a Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.

Onlardan 134 mindən çoxu pensiya, 57 mindən çoxu isə müavinət alıb.

Müəllif: Ucnoqta.az redaksiyası