Ucnoqta.az
www.ucnoqta.az

Kamran Əliyev Biləsuvara yeni prokuror TƏYİN ETDİ

18:18 - 25 Fevral 2024 tarixində dərc olunub.

Binəqədi rayon prokurorunun müavini, ədliyyə müşaviri Ramin Nəğdəliyev Biləsuvar rayon prokuroru təyin olunub.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror müvafiq əmr imzalayıb.

Ramin Nəğdəliyev daha öncə Binəqədi Rayon Prokurorunun müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu vaxta qədər Biləsuvar rayon prokurorunun vəzifəsini Camal Bağırov icra edirdi. C.Bağırov Balakən Rayonunun Prokuroru təyin olunub.

Müəllif: Ucnoqta.az redaksiyası