Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda general yüksək vəzifəyə TƏYİN EDİLDİ

10:44 - 25 Fevral 2024 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri, general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə general-leytenant Nazim Məmmədov olub. O, 2022-ci ilin avqustunda dünyasını dəyişib. 

Müəllif: Ucnoqta.az redaksiyası