Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da Google-də nasazlıq yaranıb

00:01 - 8 Dekabr 2023 tarixində dərc olunub.

ABŞ-da Google xidmətlərində problemlər müşahidə olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə internet resurslarının işinə nəzarət edən Downdetector xidmətinin səhifəsində məlumat verilib.

Google axtarış sistemi, Gmail e-poçt xidməti və Google Drive bulud yaddaşında problemlər var.

Kanadada Google axtarış sistemində və Gmail xidmətində kiçik fasilələr olduğu bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası