Ucnoqta.az
www.ucnoqta.az

"Kurdlar vadisi"nin məşhur aktyoru vəfat edib

18:30 - 1 Dekabr 2023 tarixində dərc olunub.

Türkiyənin məşhur aktyoru, “Kurdlar vadisi” serialında Davud Tataroğlu rolunun ifaçısı Can Gürzap vəfat edib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o bu gün vəfat edib. Məlumata görə, aktyor 79 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Can Gürzap həm də “Eşkiya dünyaya hökmdar olmaz” serialında Rüstəm rolunu oynayıb.

Müəllif: Ucnoqta.az redaksiyası