Ucnoqta.az
www.ucnoqta.az

Neftçalada 17 yaşlı qız intihar etdi

13:42 - 3 Oktyabr 2023 tarixində dərc olunub.

Neftçalada 17 yaşlı qız intihar edib.

APA-nın məlumatına görə, hadisə Neftçala rayonunun Qədimkənd kəndində baş verib. Kənd sakini, 2006-cı il təvəllüdlü Ağazadə Gülnar Elmir qızı sirkə turşusu içərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası