Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış iş adamının ailəsində - Ağır itki

12:12 - 2 Oktyabr 2023 tarixində dərc olunub.

Tanınmış iş adamı, AF Holdinq Şirkətlər Qrupunun prezidenti, “Uğur-97” şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvü, “AF Hotel & Aqua Park ” sahibi Azay Möhnətovun ailəsində ağır itki baş verib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış iş adamının qardaşı oğlu Laçın Möhnətov 42 yaşında qəfil ürəktutmasından dünyasını dəyişib.

Mərhum L.Möhnətovun 3 mərasimi bu gün Heydər Məscidində keçirilir.

Allah rəhmət eləsin!

Müəllif: Ucnoqta.az redaksiyası